"Zirə"nin qış hazırlıq planı bəlli olub.


Rekord.az xəbər verir ki, "qartallar" yanvarın 3-də Bakıda bir araya gələcək və ayın 10-na qədər hazırlığı paytaxtda davam etdirəcək.


Toplanışın ikinci mərhələsi isə yanvarın 10-17-si aralığında Türkiyənin Antalya şəhərində baş tutacaq.


Komanda Antalyada iki yoxlama oyunu keçirməyi planlaşdırır.