“Zirə”nin aparıcı futbolçularından olan Rəhim Sadıxova zaman-zaman digər klublardan maraq olur.

Rekord.az xəbər verir ki, ölkə daxilindən “Qarabağ” və “Neftçi” onun xidmətində maraqlıdır.

Eyni zamanda Rusiya klublarından da Sadıxovla maraqlanana var. Əldə etdiyimiz məlumata görə,maddi cəhətdən ciddi təklif olarsa, “Zirə” Rəhimi satmağa etiraz etməyəcək.