“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo PSJ-də Zinəddin Zidanla yenidən bir araya gələ bilər.

Rekord.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilib ki, fransalı mütəxəssis bu mövsümün sonunda Paris təmsilçisini çalışdırmağa yaxındır. Zidanın klub qarşısında qoyduğu ilk tələb 2016-2018-ci illərdə "Real"da birlikdə çalışdığı Ronaldonu transfer etməkdir.

Portuqaliyalı oyunçu 2021-ci ilin avqustunun sonunda "Yuventus"dan "Mançester Yunayted"ə keçib və bu mövsüm komandanın heyətində 24 oyunda 14 qol vurub, 3 qolun ötürməsini verib.

Zinəddin Zidan hazırda klubsuzdur. O, 2016-cı ilin yanvarından 2018-ci ilin mayına kimi “Real"ı çalışdırıb. 2019-cu ilin martında fransız mütəxəssis "kral klubu"na qayıdıb və 2020/21 mövsümünün sonunda "Real"ı tərk edib.