Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidanın oğlu Luka Zidan Əlcəzair millisində unikal nailiyyətə imza atıb.


Rekord.az xəbər verir ki, 27 yaşlı qapıçı Əlcəzair yığmasında meydana çıxdığı ilk üç matçda qol buraxmayan yeganə qolkiper olub.


Bu, komandanın Afrika Millətlər Kubokunun 1/8 finalında Konqo millisini 1:0 hesabı ilə məğlub etdiyi görüşdə reallaşıb.


Buna qədər Luka Zidan qrup mərhələsində Sudan (3:0) və Burkina-Faso (1:0) yığmaları ilə matçlarda da qapısını toxunulmaz saxlamışdı. III turda baş tutan Ekvatorial Qvineya (3:1) ilə matçda isə Əlcəzair yığmasının qapısını Antoni Mandrea qorumuşdu.


Əlcəzair millisi 1/4 finalda Nigeriya ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 10-da keçiriləcək.