“Real” İspaniya La Liqasının 35-ci turu çərçivəsində “Alaves”ə 2:0 hesabı ilə qalib gəlib.

Rekord.az xəbər verir ki, oyunda hesabı penalti zərbəsi ilə “kral klubu”nun futbolçusu Kərim Benzema açıb. 

Bu, “Real”ın baş məşqçisi Zinəddin Zidanın rəhbərliyi altında rəqib qapısından keçirdiyi 500-cü qol olub.

Fransalı mütəxəssis klub tarixində bu göstəriciyə nail olan ikinci məşqçi olub. Bu göstərici üzrə lider isə Migel Munyosdur. Onun dövründə “Real” 605 matçda 1226 qolla yadda qalıb.