Şahbuz rayonunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə yeniyetmələr arasında sərbəst güləş birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, uşaq-gənclər idman məktəbində reallaşan yarışda 30 yeniyetmə iştirak edib.

İlk üçlük və həvəsləndirici yer sahibləri diplom və fəxri fərmanla təltif olunub.