
Zədəyə görə mövsümü bitirən Asif Məmmədov "18-lik"də
- 27 May 2023 18:38
- 671
Misli Premyer Liqasının 36-cı turu çərçivəsində "Kəpəz"i qəbul edən "Qəbələ"nin ehtiyat oyunçular skamyasında Asif Məmmədovun adının olması diqqət çəkdi. Çünki veteran futbolçu əməliyyatdan təzə çıxıb və mövsüm onun üçün bitib.
Rekord.az xəbər verir ki, məsələyə "Qəbələ"nin mətbuat katibi Anar Hacıyev aydınlıq gətirdi.
Onun sözlərinə görə, Asif həqiqətən də mövsümü bitirib və onun bu oyunda meydançaya çıxmaq kimi bir perspektivi yoxdur. Sadəcə, belə qərara alınıb ki, həlledici oyunda Məmmədov kapitan və təcrübəli futbolçu kimi komandanın yanında olsun. Məhz bu səbəbdən "Kəpəz"lə oyunda baş məşqç Elmar Baxşıyev onun adını "18-liy"ə daxil edib və ehtiyat oyunçular skamyasımda əyləşməsini təmin edib.