
Zaqatalada örtük dəyişməlidir, amma...
- 21 Dek 2022 13:00
- 494
"Zaqatala"nın ev oyunlarını keçirdiyi Zaqatala Olimpiya İdman Kompleksinin qazonu istismar müddətini çoxdan başa vurub.
Rekord.az xəbər verir ki, süni örtükdə məşq etmək və oynamaq yavaş-yavaş təhlükəyə çevirilməkdədir.
Klub rəhbərliyi əslində bunun fərqindədir və bir neçə dəfə AFFA-ya bununla bağlı müraciət olunub. Lakin federasiya stadionun onların balansında olmadığını əsas gətirərək, yeni qazon üçün vəsait ayırmaq fikrində olmadıqlarını bildiriblər.