"Yuventus"un yeni sahibləri ola bilər. 

Rekord.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Bildirilib ki, Anyelli ailəsi Turin təmsilçisinin səhmlərini satmaq qərarına gəlib. Buna klubun ağır maliyyə vəziyyəti, həmçinin komandanın keçmiş rəhbərliyi ilə bağlı araşdırmalar səbəb olub.

Qeyd edək ki, "Yuventus" 15 turdan sonra 3-cü pillədə qərarlaşıb.