“Yuventus"un və Uruqvay millisinin sabiq yarımmüdafiəçisi Fabian O'Nil vəfat edib.

Rekord.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 49 yaşlı kişi şənbə günü mədə-bağırsaq qanaxması ilə Montevideo xəstəxanasına aparılıb. O, reanimasiyada dünyasını dəyişib.

O'Nill uzun müddət alkoqol asılılığı ilə mübarizə apardı. Buna görə də onun nəticədə qaraciyər sirrozu inkişaf etmişdi. 

Qeyd edək ki, O'Nill 1993-2022-ci illərdə Uruqvay millisinin üzvü olub. O, 2000-2001-ci illərdə "Yuventus"un formasını geyinib.