
"Yuventus"dan qələbə
- 07 Fev 2022 02:30
- 501
"Yuventus" İtaliya A seriyasında 24-cü tur oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Turin təmsilçisi "Verona"nı qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Yuventus" - "Verona" - 2:0
Qollar: Vlahoviç, 13, Zakaria, 61
Bu qələbə ilə xalını 45-ə yüksəldən "Yuventus" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Siyahıya 53 xalla "İnter" başçılıq edir.