Aaron Remzi “Yuventus”dan ayrılıb.

Rekord.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib.

O, müqaviləsini qarşılıqlı razılıq əsasında pozduğu Turin klubunda çıxış edərkən xoşbəxt olduğunu bildirib, İtaliya xalqına və azarkeşlərə təşəkkür edib.

Remzi İtaliya nəhənginə 2019-cu ildə qoşulmuşdu. Son xəbərlərdə onun karyerasını İngiltərə premyer-liqasının debütantı “Nottingem Forest”də davam etdirəcəyi bildirilir.