
“Yuventus”da Pol Poqba şoku
- 26 İyl 2022 12:30
- 483
“Yuventus”un yeni transferi Pol Poqba mövsümün əvvəlində komandasına kömək edə bilməyəcək.
Rekord.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi məşqdə zədələnib.
Menisk nahiyyəsindən xəsarət alan fransalı futbolçu iki ay oynaya bilməyəcək.
Poqba “Mançester Yunayted”dən Turin klubuna azad agent kimi keçib. Onunla 4 illik müqavilə imzalanıb. Poqba 2012-2016-cı illərdə də “qoca sinyora”nın formasını geyinib.