
"Yuventus" 3 futbolçu ilə yolları ayırır
- 26 İyl 2022 00:00
- 452
"Yuventus" 3 futbolçusu ilə yollarını ayrımağa hazırlaşır.
Rekord.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Turin təmsilçisi maaş xərclərindən qurtulmaq üçün yarımmüdafiəçilər Artur Melo, Adrien Rabiot və Aaron Remzini göndərəcək. Klub onlara ayırdığı məvacibi özünə əlavə yük hesab edir.
Qeyd edək ki, Remzi və Rabiot 2019-cu, Melo isə 2020-ci ildən "Yuventus"da oynayır.