
Yunanıstandan qayıdan futbolçu “Səbail”lə müqavilə bağladı
- 07 Fev 2022 13:00
- 799
Bir ara Yunanıstanda qısa karyera yaşayan Tural Bayramovun Azərbaycana qayıtması haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, futbolçu öncə “Sumqayıt”la danışıq aparsa da sonluqda razılıq əldə olunmadı.
Əvəzində Bayramov “Səbail”dən təklif alıb və bu klubla razılığa gəlib. Əldə etdiyimiz məlumata görə, futbolçu Bayıl təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.