Quba rayonu, I Nügədi kəndində cüdo zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə Quba rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, turnirin açılışında Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi yolunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səslləndirilib.

İdarə əməkdaşları və Yunan-Roma üzrə məşqçi-müəllim Şıxcamal Əskərov tərəfindən turnirin məqsədi iştirakçıların diqqətinə çatdırılmış və yarış qaydaları izah edilmişdir.

Yarışın sonunda qaliblər İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşdur.