
Yığmamız Özbəkistana böyük hesabla uduzdu
- 27 May 2023 23:55
- 336
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Rekord.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Özbəkistan yığmasına qarşı oyun 3:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Bu komandalar arasında növbəti oyun mayın 29-da keçiriləcək.