
Yığmamız Millətlər Liqasına qələbə ilə başladı
- 16:00
- 36
Azərbaycanın amputant futbolçulardan ibarət millisi Millətlər Liqasının C qrupunda keçirdiyi ilk matçda qələbə qazanıb.
Rekord.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda Belçika yığması ilə üz-üzə gəlib.
"Bayıl Arena" stadionunda baş tutan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmanın heyətində Sənan Hacıyev və Fərhad Əyyubov (2 qol) fərqləniblər.
Yığmamız sabah İsrail, oktyabrın 19-da isə Niderland və Ukrayna milliləri ilə qarşılaşacaq.