Yevlaxda Heydər Əliyev İli”nə həsr olunmuş idmanın yunan-Roma güləş növü üzrə rayon UGİM birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, idmanın yunan-Roma güləş növünü inkişaf etdirmək və kütləviliyini artırmaq, idmançıların texniki və fiziki hazırlıq səviyyəsini yüksəltməkdir.

Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən keçirilən yarış 2007-2009-cu il, 2010-2013-cü il yaş qrupları arasında keçirilib. Sonda Yarışın qalibləri (I, II, III yer) Yevlax Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom ilə təltif olunublar.