"İnter"in futbolçusu Romelu Lukaku bu mövsüm daha bir zədə alıb.

Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, belçikalı hücumçunun sol ayağındakı bud sümüklərinin yüngül iltihabı aşkarlanıb.

Ona görə də Lukaku sabah İtaliya kubokunda "Parma"ya qarşı oyunu buraxacaq.

Bir neçə gün Lukaku fərdi şəkildə çalışacaq. Şənbə günü "Verona" ilə oyundan əvvəl onun vəziyyəti yenidən qiymətləndiriləcək. Bundan sonra Lukakunun meydana daxil olub-olmayacağı yoxlanılacaq.

Bu, Lukakunun cari mövsümdə üçüncü zədəsidir. Əvvəllər o, bud nahiyəsindən zədələnərək (avqustdan oktyabr ayına qədər sıradan çıxıb) "İnter"in 12 oyununu, oktyabrın sonu, noyabrın əvvəlində isə bud dizlərindən zədə alaraq 4 matçı buraxıb.

Qeyd edək ki, 29 yaşlı forvard bu mövsüm "İnter"in heyətində bütün yarışlarda 7 oyunda 2 qol vurub.