"Şuşa"nın yenidən fəaliyyətini bərpa etməsi haqda bir müddət öncə xəbər vermişdik.

Rekord.az xəbər verir ki, 2009-cu ildə "Şuşa-09" adı altında fəaliyyət göstərmiş komadaya həmin vaxt PFL prezidenti olmuş Ramin Musayev himayədarlıq edirdi.

Komandanın baş məşqçisi isə Nadir Qasımov idi. Lakin sonradan bu iki şəxs arasında yaşanan problem komandanın fəaliyyətini dondurması ilə nəticələnmişdi. Üzərindən 10 il keçəndən sonra təsisçilər yenidən komandanı bərpa etməyə qərar verib. Baş məşqçi postuna isə Vüqar Nadirov dəvət olunub. Hazırda komandanın formalaşması prosesi gedir. Hədəf 2026-27-ci il mövsümündə ölkə çempionatında oynamaqdı. Hansı liqada, bu, hələ bilinmir və hər şey gedişatdan asılı olacaq.