
Yeni yaranan “Region Liqa” komandasından 6 transfer: biri Qazaxıstandan gəlib
- 03 Noy 2022 17:00
- 550
Region Liqasının iştirakçıları sırasına qoşulan «Lerik» 6 transferlə gündəmə gəlib.
Rekord.az xəbər verir ki, son transfer “Səbail”də çıxış etmiş hücumçu Fərid Şiriyev olub.
Daha əvvəl isə Qazaxıstanın «Kaysar» komandasında çıxış etmiş yarımmüdafiəçi Fahil Dostiyevlə də razılıq əldə olunmuşdu. Müdafiəçi Əli Şabanov bundan öncə “Xəzər Lənkəran”, “Xan Lənkəran” kimi komandaların şərəfini qoruyub. Yarımmüdafiəçi Vadim Kərimzadə “Xəzər Lənkəran”, “Dinamo” və “Xan Lənkəran”da özünü göstərib. Qapıçı Ayaz Məmmədli isə “Xəzər Lənkəran”, “Tufan”, “Neftçi”, “Sabah” və MOİK-də forma geyinib. Keçən sezon "Xan Lənkəran"ın heyətində Region Liqasının ən məhsuldar hücumçularından biri olan Zaur Nuruzadə də «Lerik»in yolunu tutub.