Yeni yaranan və hazırda "Region Liqası"nda mübarizə aparan "Diafi" komandası AFFA-ya müraciət ünvanlayıb.

Rekord.az xəbər verir ki, müraciət növbəti mövsümdən I Divizionda iştirakla bağlıdır.

Federasiya mart ayına kimi müraciətə cavab verməlidir.

Qeyd edək ki, "Difai" əsasən Vətən müharibəsinin iştirakçıları və qazilərdən təşkil olunub.