Yeni yaranan “Lerik" komandasının baş məşqçisinin adı açıqlanıb

Rekord.az xəbər verir ki, Region Liqasında debüt etmək üçün gün sayan əyalət təmsilçisi Teymur Muradova tapşırılıb.

Cənub zonasında mübarizə aparacaq kollektiv mövsümün sonunadək B kateqoriyalı mütəxəssisin sərəncamında olacaq.

T.Muradov uzun müddət “Xəzər Lənkəran”ın U-18 komandasını çalışdırıb. “Lerik”in yaradıcıları onun qarşısına minimum qrupdan çıxmaq vəzifəsi qoyub.

Debütant bölgə yarışmasında “Xəzər Lənkəran 42”, “Qobustan”, “Ərkivan” (Masallı), “Neftçala” və “Zəfər 44” (Cəlilabad) ilə qüvvəsini sınayacaq.