"Qarabağ"ın bir neçə legionerinə Avropadan ciddi maraq var.

Rekord.az xəbər verir ki, onlardan biri də qapıçı Mateuş Koxalskidir.

Polşalı qapıçının adı "Napoli" və "Borussiya" Dortmundla hallanır. Lakin aldığımız son məlumat budur ki, Koxalski yaya kimi "Qarabağ"da qalacaq. Çünki yayılan söhbətlərdən fərqli olaraq, Ağdam klubuna rəsmi olaraq, ciddi təklif gəlməyib. İkincisi,ş Qurban Qurbanov da Koxalskinin ən azı yaya kimi qalmasını istəyib.