“Atletiko”nun qapıçısı Yan Oblak “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Rekord.az xəbər verir ki, sloveniyalı qolkiper Messinin ən yaxşı futbolçu olduğunu bildirib:

“Messinin gözləri ayaqlarımda olur. Bir addım atsam, topu əks tərəfə vuracaq. Buna görə də, ən yaxşı odur. Hiss etdirmir, amma hər zaman rəqibini izləyir.

Gözləri topun üzərindədir, amma sənə baxır. Bu, qəribədir. Ona nəzarət etdiyimi düşünürəm, ancaq bir saniyənin içərisində oyunu dəyişdirib qol vurur və “Barselona” qələbə qazanır.

Messinin təhlükəli olmadığını düşünəndə, o, qol vurur. O, əla futbolçudur və dünyanın ən yaxşısıdır”