Xızı rayon R.İsmayılov adına Xızı şəhər tam orta məktəbinin məzunu Şəhid Alik İsayevin doğum günü ilə əlaqədar olaraq onun şərəfinə voleybol üzrə rayon birinciliyi keçirildi.

Rekord.az xəbər verir ki, rayon birinciliyində yekunda Xızı şəhər tam orta məktəbinin "Xarı Bülbül"komandası I yerə, Altıağac qəsəbə tam orta məktəbinin "Şuşa"komandası II yerə, Xızı şəhər tam orta məktəbinin "Qarabağ"komandası isə III yerə layiq görüldü.

Qaliblər fəxri fərmanla və kubokla təltif olundular.