Bu il Azərbaycanda “Heydər Əliyev ili” kimi qeyd olunur. Bu isə səbəbsiz deyil. Çünki məhz 2023-cü il bəşəriyyətin Azərbaycana bəxş etdiyi şəxsiyyətlərdən olan Heydər Əliyevin 100 illik yubileyidir. Bu dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyində hansı rola sahib olduğunu deməyə ehtiyac yoxdur. Azərbaycanı dünyanın qabaqcıl dövlətləri sırasına çıxaran, onu bütün dünyada tanıdan Ulu Öndər ölkənin tək siyasi, iqtisadi yox, bütün sahələrində inkişafa, tərəqqiyə nail olmağı bacardı. O cümlədən də idmanda. Biz də bu yazımızda dahi şəxsiyyətin Azərbaycan idmanına bəxş etdiklərindən bəhs edəcəyik.

 

Əslində bu sahənin özü də çoxşaxəlidir. Heydər Əliyev isə bütün şaxələri özündə birləşdirən vahid bir inkişaf modeli tətbiq etmişdi. Çünki dünyanın qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, bədən tərbiyəsi və idman bütünlüklə qayğı ilə əhatə olunmalıdır. İdmanın inkişafına dövlət tərəfindən qayğı olmadan müasir tələblərə cavab verən səviyyədə heç bir nailiyyət əldə etmək mümkün deyil. Ulu öndər hələ sovet dönəmində, 1969-cu ildə ilk dəfə Azərbaycanın rəhbəri postunu tutanda xüsusi diqqət yetirdiyi sahələrdən biri də idman idi. Tək bir faktı deyək ki, 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınaraq idmansevərlərin ixtiyarına verilmişdi. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. Təsadüfi deyil ki, qısa müddətdə idmanın inkişafı bütün ölkə boyu yayıldı, kütləviləşdi. Həmçinin, o da təsadüfi deyil ki, artıq 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. Bu isə heç şübhəsiz, Heydər Əliyevin apardığı düzgün siyasətin, iş strategiyasının bariz sübutu idi. 70-cı illərdə o dövr ölkənin bir nömrəli komandası olan “Neftçi” də dahi rəhbərin hərtərəfli diqqət və qayğısı ilə əhatələnmişdi. Təsadüfi deyil ki, 1972-ci ildə I dəstəyə düşən “ağ-qaralar” məhz həmin diqqət və qayğının nəticəsində 1976-cı ildə yenidən Güclülər Dəstəsinə qayıtmağı bacarmışdı. Bundan başqa, 70-ci illərdə “Neftçi”də azərbaycanlı futbolçuların sayının sürətlə artması da əsl azərbaycanlı olan Heydər Əliyevin ideoloji siyasətinin bariz sübutu sayıla bilər.

Ulu öndərin 1993-cü ildə yenidən Azərbaycan dövlətinin başına keçməsi ilə müstəqil Azərbaycan idmanında da yeni eranın əsası qoyuldu. Belə ki, 1994-cü ildə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 861 saylı fərmanına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradıldı. Bir il sonra isə onun daha bir fərmanına əsasən Azərbaycanda İdman Fondu yaradıldı. İdmanın inkişafı üçün Prezident Fondundan vəsait ayrıldı. Azərbaycan Respublikası Prezidentinin Fondundan müstəsna hal kimi İdman Fonduna 2 milyard manat vəsait ayrılmışdı. Xalqımızın ümummilli lideri Azərbaycanda idmanın kütləviliynə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoydu.

Azərbaycan Milli Olimpiya Komitəsi öz vəsaiti hesabına təqaüdlər təsis etmiş və 1998-2002-ci illərdə 3 milyard manat məbləğində təqaüd verilmişdi. Ulu öndərin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində 1995-2002-ci illərdə 24 "Şöhrət” ordeni, 45 "Tərəqqi” medalı, 21 "Əməkdar müəllim”, 10 "Xüsusi Olimpiya təqaüdü” və 21 "Fərdi təqaüd” verilmişdi.

Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ilin 31 iyul tarixindən etibarən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Cənab Prezident İlham Əliyevin 2003 -cü ildə prezident seçildikdən sonra idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqətin təzahürlərindən biri də 2005-ci il 4 mart tarixli sərəncamına əsasən 5 martın “Bədən tərbiyəsi və idman günü” kimi qeyd edilməsi oldu. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndər Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası, eləcə də idman sahəsində aparılan uğurlu fəaliyyət bu gün onun layiqli varisi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən inamla davam etdirilir.

2000-ci ildən etibarən isə Heydər Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycanın müxtəlif bölgələrində müasir tipli idman infrastrukturu, olimpiya-idman kompleksləri tikilib istifadəyə verilməyə başladı. Çünki idmançıların uğurlu çıxışı üçün ilk növbədə onların məşq şəraiti yüksək səviyyədə olmalı idi. Məhz bu baxımdan Bakıda və eləcə də ölkənin müxtəlif şəhərlərində, rayonlarında müasir idman komplekslərinin tikintisi mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə tikilən bir çox idman qurğuları ölkədə idmanın və bədən tərbiyəsinin istər inkişafında, istərsə də kütləviliyində və təbliğində misilsiz rol oynadı. İndi isə dahi rəhbərin dövründə tikilən və ərsəyə gələn bir sıra mühüm idman qurğuları haqda məlumatları sizlərin diqqətinə təqdim edirik:

 

 

Bakı Olimpiya İdman Kompleksi

 

Bakı Olimpiya İdman Kompleksi ölkədə tikilən ilk olimpiya idman kompleksidir. Nərimanov rayonu ərazisində yerləşən bu kompleksin sahəsi 1.44 hektardı. Kompleks iki zaldan ibarətdir. Böyük zalın tamaşaçı tutumu 560 nəfərdi. Burada əsasən komanda idman növləri üzə komandalar məşq və oyunlar keçirirlər. İkinci zalın tutumu isə 430 nəfərdi. Bu zalda isə döyüş və digər təkbətək idman növləri üzrə məşğul olmaq istəyənlərə şərait yaradılıb. Bundan başqa, kompleksdə böyük salon, məşq, soyunub-geyinmə və digər yardımçı otaqlar da fəaliyyətdədir. 2000-ci ilin 21 oktyabrında açılışı olub və şəxsən Heydər Əliyev bu açılışda iştirak edib, öz xeyir-duasını verib. Kompleksi ayrı-ayrı otaqlarını gəzən prezident həm yaradılan şəraitlə tanış olub, həm də idmançıların nümunəvi çıxışlarını izləyib. Məhz həmin açılış zamanı ümummili rəhbər həmçinin gələcəkdə ölkənin digər regionlarında da tikilməsi nəzərdə tutulan yeni idman qurğularının maketləri ilə də tanış olub.

Mərasimi giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev hamını salamladıqdan sonra, Heydər Əliyevin dövlət rəhbəri olaraq ölkədə idmana göstərdiyi qayğının idmançılar tərəfindən böyük rəğbətlə qarşılandığını bildirərək, buna görə onların adından xalqımızın müdrik rəhbərinə təşəkkür edib. Maraq üçün deyək ki, açılışda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq da iştirak etmişdi. Təbii ki, açılışda Heydər Əliyev də nitq söylədi. Azərbaycan idmançılarına və Milli Olimpiya Komitəsi rəhbərliyinə uğurlar arzulayan dövlət başçısı ölkədə son zamanlar idman sahəsində görülən işləri yüksək qiymətləndirdi. İdmanın, bədən tərbiyəsinin kütləviliyinin xalqımızı dünyada mövcud olan bir çox bəlalardan xilas edəcəyini bildirən Heydər Əliyev, gənclərin sağlam həyat tərzinə uyğunlaşmasında bu sahənin böyük əhəmiyyəti olduğun ifadə etdi. Beləliklə, ölkəmizdə müstəqillik illərində tikilən ilk böyük idman qurğusu, olimpiya-idman kompleksi  Heydər Əliyevin xeyir-duası ilə öz qapılarını idmançıların üzünə açdı

 

 

Maştağa Olimpiya İdman Kompleksi

Sabunçu rayonunun Maştağa qəsəbəsinin girəcəyində tikilmiş bu kompleks gözəl memarlıq üslubu ilə seçilir. 2001-ci il dekabrın 29-da rəsmi açılışı olub. Kompleksin bir böyük zalı var. Hansı ki, 600 nəfər tamaşaçı tutur. Burada həndbol, futzal, voleybol kimi komanda idman növləri ilə yanaşı, güləş, cüdo, ağırlıqqaldırma, karate və s. kimi fərdi idman növləri ilə məşğul olmaq mümkündür. Həmçinin, kompleksin həyətində tennis kortu, atletika cığırı, mini-futbol və voleybol meydançaları da fəaliyyət göstərir. Kompleks Heydər Əlievin təklifi ilə inşa edilib və açılışda da ulu öndər şəxsən iştirak edib. Açılış nitqində isə bu kompleksin meydana gəlmə tarixçəsi haqda maraqlı çıxış edib: “Bu ilin (2001-ci il-red) martında Maştağadan olan deputat Əsmətxanımla (Əsmətxanım Məmmədova - red.) qəsəbədəki vəziyyət haqqında söhbət aparırdım və istəyirdim bilim, görüm, nə etmək lazımdır. Bizim söhbətimiz əsnasında aydın oldu ki, həm Maştağada, həm də ətraf kəndlərdə, Sabunçu rayonunda gənclər çoxdur və onların idmanla, bədən tərbiyəsi ilə məşğul olmaq imkanları yoxdur. Həqiqətən, bu, çox əhəmiyyətli fikir olduğuna görə, mən buna diqqət verdim. Sonra Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ilə komitənin işləri haqqında söhbət edərkən ona söylədim ki, belə bir təklif var – Maştağada gənclərin idmanla məşğul olması üçün hansısa tədbir görmək lazımdır. Fikirləşin, görün nə edə bilərsiniz. O, dərhal bu sözlərə öz rəyini bildirdi. Qısa zamandan sonra mənə bildirdi ki, onlar, yəni Milli Olimpiya Komitəsi, Olimpiya Komitəsinin sədri kimi şəxsən o, qərar qəbul etdilər ki, Maştağada böyük bir idman kompleksi tikilsin. Mən buna sevindim və təbiidir ki, təşəkkür etdim. Ona dedim ki, arzu edirəm bunu tezliklə edəsinz. Yaxşı olar ki, bu il olsun.

"Amma doğrusu, mən inanmırdım ki, bu qısa müddətdə belə böyük bir kompleksi tikmək mümkün ola bilər. Çünki burada böyük salon var, onun arxasında idmançılar üçün həm müxtəlif xidmət otaqları və idmanın başqa növləri ilə məşğul olmaq üçün yerlər var idi. Bu gün biz gəzdik, baxdıq, gördük, həm tennis üçün, həm mini-futbol üçün, həm basketbol üçün, həm də başqa oyunlar üçün ən müasir səviyyədə nə qədər gözəl meydançalar tikilibdir və ətrafında böyük park yaranıbdır. Demək, bu kompleks təkcə bu binadan ibarət deyil, böyük bir ərazini əhatə edir. Mən bu gün bunu gəlib görənfə heyran oldum ki, qısa bir zamanda Maştağada belə bir gözəl kompleks yaranıbdır”.

Daha sonra kompleksin qırmızı lentini kəsən Heydər Əliyev bu kompleksin tikintisini yüksək qiymətləndirdi.

 

 

Naxçıvan Olimpiya İdman Kompleksi

Dahi rəhbərin prezidentliyi dövründə tikilən Olimpiya-idman komplekslərindən biri də Naxçıvan Olimpiya İdman Kompleksidir. Şəhərdə tikilmiş kompleks şəhərin əsas stadionu ilə qonşuluqda yerləşir. Kompleksdə hər biri 600 nəfərdən ibarət olan idman zalları müxtəlif idman növlərinin təşkili üçün tam uyğundur. Nisbətən böyük zalda mini futbol, futzal, basketbol, voleybol, həndbol və s. idman növləri, digər zalda isə gimnastika, boks, güləş kimi idman növlərinin inkişafı üçün bütün zəruri şərait var. Bundan başqa, kompleksdə ayrıca trenajor zalı da mövcuddur. Azərbaycanın qədim diyarı olan Naxçıvanda yeni, müasir olimpiya idman kompleksinin tikilməsi blokada şəraitində olan bu bölgə üçün çox əlamətdar hadisə oldu. Heydər Əliyevin xeyir-duası ilə inasına başlanan bu idman mərkəzi əyalət gənclərinin bədən tərbiyəsi ilə məşğul olması baxımından mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Olimpiya İdman Kompleksinin təntənəli açılışı 2002-ci il iyun ayının 15-də baş tutdu. Təbii ki, ənənəvi olaraq, Naxçıvandakı bu idman qurğusunun da qırmızı lentini şəxsən Heydər Əliyev özü kəsdi. Daha sonra isə idman qurğusu ilə yaxından tanış oldu. Beynəlxalq standardlara tam cavab verən bu kompleksin açılışında çıxış edən dahi rəhbər sözügedən idman qurğusunun əhəmiyyətini bu cür ifadə etdi: “Bu, gənclər üçündür. Bizim millətin gələcəyi üçündür. Gənclərin fiziki hazırlığı üçündür. Gənclərin mənəviyyatı üçündür. Gənclərimiz idmanla, bədən tərbiyəsi ilə nə qədər çox məşğul olsalar, o qədər güclü olacaqlar. Bizim ordumuzda sağlam əsgərlər olacaqdıq. Nəhayət, gənclərimiz, təəssüflər olsun ki, indi müəyyən qədər yayılmış xoşagəlməz vərdişlərə uymayacaqdır. Ona görə də bunun çoxşaxəli əhəmiyyəti var”.

 

 

Gəncə Olimpiya İdman Kompleksi

Gəncə Olimpiya Kompleksi də ulu öndərin Azərbaycan idmanına bəxş etdiyi idman qurğularından biridir. Şəhərin Yeni Gəncə adlanan hissəsində yerləşən bu kompleks monolit konstruksiyalı iki böyük zaldan ibarətdir. Zallardan böyüyünün tutumu 920 nəfərlikdir. Burada da əsasən komanda idman növləri olan basketbol, voleybol, futzal, həndbolun inkişafı nəzədə tutulub. Eyni zamanda badmintonla məşğul olmaq üçün də uyğun zaıdır. 220 nəfər tutumu olan kiçik zalda isə daha çox boks, güləş, karate, cüdo, gimnastika və digər növlərlər məşğul olmaq mümkündür. Kompleksin ayrıca olaraq, trenajor zalı da fəaliyyət göstərir. Kompleksin salonlar hissəsi bir, qalan hissələri isə 2 və 3 mərtəbəlidir. Buradakı duşxanadan eyni vaxtda beş komanda istifadə edə bilər. Bundan başqa, kompleksdə hər birində 6-7 nəfər qalmaq şərti ilə 3 otaq da vardır.

Kompleks telefon rabitəsi, radiotranslyasiya, isti-soyuq kondisionerlər, ventelyasiya sistemi və isti su qurğuları ilə təmin olunub.

Gəncədəki kompleks də digər komplekslər kimi, Heydər Əliyevin xeyir-duası ilə 2002-ci il sentyabrın 12-də istifadəyə verildi. Onu böyük coşqu ilə qarşılayan gəncləlilərin qarşısına çıxan Heydər Əliyev minlərlə insanı salamladıqdan sonra geniş nitq söylədi: “Biz çalışırıq ki, gənclərimiz üçün, onların sağlamlığını təmin etmək üçün müxtəlif idman kompleksləri yaransın. Bədən tərbiyəsi ilə kütləvi məşğul olmaq üçün imkanlar yaransın. Azərbaycan Milli Olimpiya Komitəsinin bu sahədə gördüyü işlər çox yüksək qiymətə layiqdir. Buna nümunə Gəncə şəhərində ucaldılmış bu gözəl Olimpiya İdman Komplesidir. Bizim gənclərin birinci növbədə öz sağlamlıqlarını möhkəmləndirməsi, sağlam gənc yetişdirilməsi, Azərbaycan gənclərinin sağlam gələcəyinin hazırlanması üçün imkanlar yaranır. İnsi əsas məsələ bu imkanlardan səmərəli istifadə etməkdir. Bu isə yerli hakimiyyət orqanlarının, sizin, bu kompleksi idarə edənlərin üzərinə düşür. Gənclər nə qədər həvəs göstərsələr, bu kompeksin imkanlarından istifadə etməyə çalışsalar, o qədər udmuş olacaqlar”.

 

 

Şəki Olimpiya İdman Kompleksi

Azərbaycanın dilbər, gözəl guşələrindən olan Şəki də Heydər Əliyevin uğurlu idman siyasətindən nəsibini almış şəhərlərimizdəndir. Şəki təbii şəraitinə görə də gözəl məkandır. Dağ ətəyində yerləşən şəhər öz füsünkar təbitəti, təmiz havası ilə əsl istirahət məkanıdır. Burada inşa olunan Olimpiya İdman Kompleksiisə düz şəhərin girəcəyində yerləşir. Burada da biri böyük, digəri isə nisbətən kiçiktutumlu olmaqla iki zal yerləşir. Böyük zalın tutumu 700, nisbətən kiçik zalın tutumu isə 400 nəfərlikdi. Bundan başqa, kompleksdə trenajor zalı, kompleksin həyətində açıq tennis kortu, basketbol və voleybol meydançaları da var. Şəki Olimpiya idman Kompleksini digər komplekslərdən fərləndirən cəhət isə burada üzgüçülük hovuzunun olmasıdır. Hovuzun uzunluğu 25 metrdi. Həmçinin Şəkidəki kompleksin digər fərqli cəhəti burada müasir tələblərə cavab verən 14 lüks kottecin olmasıdır. Hansı ki, hər birində 4 nəfərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Kotteclərin hər biri iki otaqdan ibarətdir və hər biri iki nəfərlikdir. Bundan başqa, kompleksdə iki mərtəbəli superlüks kotejlər də var ki, bunların sayə da 2-dir.

Şəki Olimpiya İdman Kompleksinin açılışı 2002-ci ilin 9 noyabrında oldu və Heydər Əliyev şəxsən bu açılışda iştirak etdi. Qurğunun imkanlarını yüksık qiymətləndirən ulu öndər, xeyir-dua verməklə bərabər, yerli gənclərə xitabən kompleksdən səmərəli istifadənin vacibliyini vurğuladı: “Mən inanıram ki, birincisi, şəkililər bu kompleksdən səmərəli istifadə edəcəklər. İkincisi, bu kompleks öz gözəlliyi ilə, müasir şəraiti ilə gəncləri daha da tərbiyələndirəcəkdir. Onların mənəvi səviyyəsini artracaqdır. Üçüncüsü də, dediyim kimi, bizim gələcəyimizə sağlam nəsil hazırlayacaqdır.

 İdman, cəmiyyət üçün ən vacib sahədir. İdmanla məşğul olan hər bir insan, hətta adi bədən tərbiyəsi ilə məşğul olan hər kəs sağlam olur. Sağlam olmaq üçün həkimə müraciət etmək, dava-dərman qəbul etmək, iynə vurdurmaq lazım deyildir. Sadəcə, hər gün idmanla məşğul olun. Mən bir dəfə demişəm, yenə deyirəm: mən gənc vaxtlarımdan idmanı sevmişəm, idmanla məşğul olmuşam, bu gün də məşğul oluram.

 İdman eyni zamanda, həqiqətən hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. Biz müstəqil dövlətik. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir, və nədən ibarətdir”.

 

 

 

Bərdə Olimpiya İdman Kompleksi

Ulu öndərin prezidentliyi dövründə tikilən daha bir olimpiya idman kompleksi Bərdədə yerləşir. Azərbaycanın daha bir dilbər guşələrindən olan bu şəhərdəki kompleksin 600 nəfər tamaşaçı tutan böyük zalından başqa, trenajor zalı da fəaliyyət göstərir. Kompleksin həyətində isə müxtəlif idman növləri üçün nəzərdə tutulmuş meydançalar mövcuddur. Bu kompleksdə istər komanda idman növləri, istərsə də təkbətək idman növləri ilə məşğul olmaq üçün bütün şərait var.

Bərdə Olimpiya Kompleksinin təntənəli açılış mərasimi 2003-cü ilin 7 oktyabrına təsadüf edir. Açılış mərasimində iştirak edən Azərbaycanın hazırkı prezidenti, həmin vaxt isə Baş nazir vəzifəsində çalışan İlham Əliyev geniş və əhatəli nitq söyləmişdi. O çıxışında qeyd etmişdi ki, istər idman, istərsə də digər sahələrdə olan canlanma, yeniliklər birbaşa Heydər Əliyevin ölkəmizdə əsasını qoyduğu iqtisadi inkişafın sayəsində mümkün olub: “Bütün bu tədbirləri görmək üçün, əlbəttə ki, Azərbaycanda gərək iqtisadiyyat güclü olsun. Bu istiqamətdə Heydər Əliyev tərəfindən keçirilən iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycan iqtisadi cəhətdən güclənir, ayağa qalxır, ölkədə çox güclü iqtisadi potensial yaranmışdı. Heydər Əliyev tərəfindən on il ərazində aparılan iqtisadi siyasət, ilk növbədə, neft strategiyasının həyata keçirilməsi bizə imkan verəcək ki, Azərbaycanın sosial problemlərini də uğurla həll edək”.

 

 

Lənkəran Olimpiya İdman Kompleksi

Ölkəmizin cənub zonası, bu zonanın mərkəzi şəhəri olan Lənkəran da Heydər Əliyevin diqqətindən kənar qalmayıb. Belə ki, növbəti möhtəşəm olimpiya komplekslərindən biri də məhz bu şəhərdə tikilib. Lənəran Olimpiya İdman Kompleksinin tiintici şübhəsiz ki, tək Lənkəranda yox, o dövrdə bütün cənub zonasında idmana olan marağı xeyli artırmışdı. Çünki bu kompleksdə idmanla məşğul olmaq, sağlam həyat tərzinə qulluq üçün bütün lazımı imkanlar mövcuddur. Lənkəran Olimpiya İdman Kompleksinin yaxınlığında müasir otelin inşa edilməsi isı xüsusi vurğulanmalıdır. Çünki bu otelin mövcudluğu kompleksdə tək yerli yox, beynəlxalq turnirlərin də keçirilməsinə imkan verir. Lənkəran Olimpiya İdman Kompleksinin açılışı 2003-cü ilin 9 oktyabrında baş tutdu. Təntənəli açılışda hökumətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirak edərək, rəmzi qırmızı lenti kəsmişdi. Daha sonra isə Lənkəran ictimaiyyəti qarşısında vacib çıxış etmişdir: “Azərbaycanda idmana böyük qayğı var. Bu qayğı ən yüksək səviyyədə göstərilir. Əgər cənab prezident Heydər Əliyevin idmana qayğısı olmasaydı, əlbəttə ki, biz bu uğurlarl əldə edə bilməzdik. İdmanın maddi-texniki bazasının yaradılması ilə yanaşı idmançılarımız da Azərbaycanı beynəlxalq yarışlarda çox ləyaqətlə təmsil edirlər. Son 3-4 il ərzində demək olar ki, bütün beynəlxalq yarışlarda idmançılarımız nəinki iştirak edir, eyni zamanda medallar uğurunda mübarizə aparır və bu mübarizdə də qalib çıxırlar. Mən əminəm ki, idmançılarıçız bundan sonra da beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında Azərbaycanın idman şərəfini daim yüksək tutacaq, dogma vətənimizə yeni-yeni qələbələr gətirəcəklər”.

 

 

Quba Olimpiya İdman Kompleksi

Heydər Əliyevin Azərbaycan idmanına bəxş etdiyi daha bir möhtəşəm idman qurğusu da Quba Olimpiya İdman Kompleksidir. Öz iqliminə görə Azərbaycanın səfalı bölgələrindən olan Qubada inşa edilmiş kompleks öz ərazisinə, imkanlarında görə digər olimpiya idman kompleksərindən fərqlənir. Kompleksin sahəsi 16 hektardı. Bu ərazidə futbol, mini futbol, basketbol, voleybol kimi komanda idman növlərinin inkişafı üçün hər cür şərait var. Kompleks ərazisində həmçinin böyük istirahət mərkəzi, otel otaqları, 2 mərtəbəli kotteclər, geniş mənzillər, həmçinin 200 nəfərlik konfrans zalı da var. Quba Olimpiya İdman Kompleksinin ərazisində 5 zal var ki, bunlardan da böyüyüyün tutumu 2000 nəfərdi. Digər nisbətən kiçik zallar isə trenajor, güləş  və boks üçün nəzərdə tutulub, bütün lazımı avadanlıqlarla təhciz edilib. Kompleksdə eyni zamanda tibb məntəqəsi, komutator mühafizə otağı, texniki şöbə otaqlarlı da xidmət göstərir. Kompleksdə həmçinin 50 metrlik üzmə hovuzu, 10 cığırlı üzmə zolağı və 1010 nəfərlik 3 tamaşaçı tribunası var. Quba Olimpiya İdman Kompleksinin əsas üstün göstəricilərindən biri də 5100 nəfərlik tamaşaçı tutumuna malik stadiona malik olmasıdır. 2003-cü ilin 11 oktyabrında açılışı olan Qubadakı kompleks idmançıların məşq, toplanış və yarışlar keçirməsi üçün çoxşaxəlidir. Bunu təntənəli açılışda iştirak edən Azərbaycan prezidenti, həmin vaxt baş nazir vəzifəsini daşımış İlham Əliyev da xüsusi qeyd etmişdi: “Bu kompleks bir neçə vəzifəyə xidmət edəcəkdir. Bu, çox möhtəşəm bir kompleksdir. Burada həm qapalı idman salonu, qapalı hovuz, stadion, idman meydançaları, həm də otel, kotteclər, digər infrastruktur yaradılıb”.          

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində 2021-ci ildə ölkə başçısı İLham Əliyevin diqqət və qayğısı nəticəsində yenidənqurma, əsaslı təmir və tikinti işləri aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva kompleksdə olub, yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə yerincədə tanış olublar.    

 

 

Otüstü Hokkey kompleksi

 

Respublikamızda vaxtilə mövcud olmuş idman növlərinin bərpası da daim dövlətimizin diqqət mərkəzində olub. Bu mənada otüstü hokkey idman növü də xüsusi vurğulana bilər. Çünki bu idman növü sovet dönəmində ölkədə kifayət qədər məhşur olub, xeyli gənc bu idman növü ilə məşğul olub. Təəssüf ki, SSRİ-nin süqutundan sonra bu idman növü də Azərbaycanda tənəzzülə məruz qaldı. Lakin Heydər Əliyevin prezidentliyi dövründə idmanın digər sahələrində olduğu kimi, otüstü hokkey sahəsində də nəzərəçarpacaq inkişaf sezilməyə başladı. Paralel olaraq, həm dövlətin, həm Azərbaycan Milli Olimpiya Komitəsinin, həm də yeni seçilmiş federasiya rəhbərliyinin birgə fəaliyyəti qısa zaman kəsiyində hokkeyçilərimizin qitə miqyaslı yarışlarda uğurlu çıxışlarına şərait yaradıldı. Şəhərin mərkəzində müasir tələblərə cavab verən, otüstü hokkey stadionunun tikilib istifadəyə verilməsi də dövlətin, onun lideri Heydər Əliyevin idmana, idmançılara verdiyi yüksək dəyərin göstəricisi idi.

 

 

Stend Atıcılığı üzrə İdman Kompleksi

 

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə tikilib istifadəyə verilmiş daha bir gözəl idman qurğusu. Stend Atıcılığı üzrə İdman Kompleksinin açılışı 2003-cü ilin 8 sentyabrındabaş tutdu. Binəqədi rayonu ərazisində, keçmiş motodromun arxasında, geniş ərazidə salınmış bu idman mərkəzi tək stend atıcılığı ilə məşğul olan idmançılar üçün yox, bütün ölkənin idman ictimaiyyəti üçün böyük hədiyyədir. Burada quraşdırılan idman avadanlıqları Finlandyadan gətirilərək quraşdırılıb. Lakin çox təəssüf ki, idmanımızın daimi himayədarı olan Heydər Əliyev səhhətində yaranan problemlə əlaqədar olaraq, bu qurğunun açılışında iştira edib, xeyir-dua verə bilmədi. Əvəzində dövlətimizin hazırkı başçısı İlham Əliyev açılışda iştirak edərək niqt söyləmiş, Heydər Əliyevin ölkəmizdə yaratdığı stabilliyin idmanın inkişafına da şərait yaratdığını qeyd etmişdi. Eyni zamanda bidirmişdi ki, bu sahədə qazanılan uğurların da kökündə məhz Heydər Əliyevin tövsiyyə, arzu və əməlləri dayanır: “İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdman o ölkədə inkişaf edir ki, orada stabillik, iqtidasi inkişaf, əmin-amanlıq var. Bütün bu amillər Azərbaycanda mövcuddur. Bunların Azərbaycanda mövcud olmasının səbəbkarı möhtərəm cənab prezident Heydər Əliyevdir. Məhz onun Azərbaycanda apardığı siyasətin nəticəsində stabillik yaranbı, ölkəmiz iqtisadi cəhətdən inkişaf edir və bu bizə imkan verir ki, bütün sahələrdə uğurlar qazanaq. Əlbəttə cənab prezident tərəfindən idmançılarımıza, ümumiyyətlə, idmanın inkişafına bu qayğı, diqqət göstərilməsəydi, biz bu uğurları əldə edə bilməzdik”.

 

 

 

Taekvando İdman Mərkəzi

 

“Musado” taekvando idman kompleksi də Heydər Əliyevin prezidentliyi dövründə tikilib idmançıların istifadəsinə verilib. Tərkibində mehmanxana, xüsusi idman otaqları, üzgüçülük hovuzu, istirahət zonası və digər bölmələri olan bu gözəl idman mərkəzi dünyada analoqu olnayan komplekslərdən biridir. Dövlətimizin başçısı İlham Əliyevin şəxsən iştiraj etdiyi açılış mərasimi 2003-cü ilin 10 oktyabrında baş tutmuşdu. Təsadüfi deyil ki, taekvandonun ölkəmizdəki sonrakı inkişafında bu mərkızin və burada yetişən idmançılarımızın da çox mühüm rolu olub.

 

 

 

Yaxt Klub

 

Az\rbaycanda müstəqillik illərində tikilən müasir idman qurğularından biri də Yaxt klubdu. Milli parkda inşa edilmiş bu idman qurğusu ölkədə yelkənli qayıq idman növünün inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Burada yaradılan şərait tək daxili yox, həm də beynəlxalq oyunlara ev sahibliyi etmək imkanı verir. Yaxt klubun təntənəli açılış mərasimi 2003-cü ilin 5 sentyabrında olub. Açılışda iştirak edərək qırmızı lenti kəsən hazırkı dövlət başçımız İlham Əliyev nitq söyləyərək bu klubun dünya standardlarına uyğun olmasını, onun imkanlarından tək yelkənli qayıqla yox, digər idman növləri ilə məşğulolan idmançılarımızın da istifadə edə biləcəyini bildirib.

 

Heydər Əliyev adına İdman-Konsert Kompleksi

 

Heydər Əliyevin Azərbaycan idmanına verdiyi tarixi töhfələrdən biri də respublikamızda müasir idman qurğularının tikintisi və köhnə idman bazalarının təmir olunaraq yeniləşdirilməsidir. Hazırda ulu öndərin adını daşıyan idman-konsret kompleksinin tikintisinə də 1977-ci ildə məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə başlanılmışdı. Əslində həmin vaxtlar Moskva SSRİ-nin mütəffiq ölkələrində bu cür nəhəng idman qurğularının tikintisinə icazə vermirdi. SSRİ Dövlət Plan Komitəsi hətta bu cür tikililəri qadağan da etmişdi. Lakin Heydər Əliyev öz nüfuzundan istifadə edərək, Azərbaycanda bu cür qurğunun inşasna nail ola bilmişdi. Zaqafqaziyada tutumuna görə ən böyük örtülü idman qurğusu olan kompleks 1990-cı ilin noyabrında istifadəyə verilib. Lakin müstəqilliyimizin ilk illərində baxımsızlıq ucbatından bərbad vəziyyətə düşüb, öz təyinatı üzrə istifadə olunmayıb. Lakin 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıdan dahi rəhbərimizin göstərişi ilə İdman-Konsert Kompleksi dövlət tərəfindən təmir olunaraq, yenidən öz qapılarını idman ictimaiyyətinin üzünə açıb. 2015-ci ildə cənab prezient İlham Əiyevin diqqət və qayğısı nəticəsində yenidən qurulan kompleksin baş meydanında 16 idman növü üzrə yarışlar, eləcə də müxtəlif sərgilər, konsert, sirk tamaşaları, kütləvi forumlar keçirmək mümkündür. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir.
Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Kompleksdə buz üzərində hokkey və fiqurlu konkisürmə zalları da mövcuddur. Sözügedən komleks müxtəlif vaxtlarda güləş üzr\ Avropa çempionatı, dünya kuboku, gimnastika üzrə dünya kuboku, cüdo üzrə yeniyetmələrin Avropa çempionatı, voleybol üzrə Olimpiya Oyunlarına lisenziya verən beynəlxalq təsnifat turniri, beynəlxalq turizm və neft-qaz sərgiləri, 2015-ci il Avropa oyunlarına ev sahibiliyi edib. 2003-cü il martın 10-dan Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə İdman-Konsert Kompleksi öz banisi Heydər Əliyevn adını daşıyır.

 

Bakı İdman Sarayı

 

Əvvəllər Bakı Əl Oyunları Sarayı adı ilə məhşur olan hu idman qurğusu Heydər Əliyevin Azərbaycan prezidenti seçilməsindən sonra ölkə idmançıları ilə ilk görüş məkanı kimi tarixə düşüb. Milli parkda yerləşən bu saray da məhz ulu öndərin tapşırığı ilə yenidən təmir olunub idmançıların istifadəsində verilmişdi. 2000-ci ildə idmançılarla görüş zamanı Heydər Əliyev sözügedən sarayla bağlı maraqlı çıxış etmişdi: “Xatirimdədir, onu da 1970-ci illərin sonunda inşa etdirdik. Düzdür, uzun çəkdi, 3-4 il çəkdi. O vaxt Bakı Şəhər Sovetinə tapşırmışdıq. Onlar da deyirilər ki, pul yoxdur, filan yoxdur, çox uzatdılar. Ancaq yenə tikildi, istifadəyə verildi. Amma mən 1993-94-cü illərdə orada nə gördüm?! Onu kimlərəsə veriblər, gətirib mebel düzüb satırlar, başqa şeylər satırlar, mağazalar düzəldiblər, idman isə tamailə yoxdur. Bunlar xatirinizdədir. Onu da təmizlədik, bərpa olundu. İndi idman sarayından çox yaxşı istifadə olunur, orada bir çox beynəlxalq yarışlar keçirilir.

 

Respublika velotreki

 

SSRİ dönəmində Bakıda tikilən bu idman qurğusu da Heydər Əliyevin təşəbüsü ilə tikilib. Şəhərin 20 yanvar metro stansiyası yaxınlığında yerləşən bu möhtəşəm idman qurğusu Azərbaycanda velosiped idman növünün inkişafında mühüm rol oynayıb. 90-cı illərin əvvəllərində ölkədəki əksər idmam qurğuları kimi, baxımsızlıq ucbatından yararsız vəziyyətə düşsə də, Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışından sonra əsaslı təmir olunaraq yenidən təyinatl üzrə istifadəyə verildi. Bu gün də Respublika Velotreki yüksək səviyyəsi ilə ölkəmizdə velosiped idman növünün inkişafına xidmət göstərir.