Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş “İdman həftəsi”nin proqramına uyğun olaraq 2 mart 2023-cü il tarixdə Yeni Yaşma kənd tam orta məktəbində Xızı rayon Gənclər və İdman idarəsi tərəfindən məktəblilər üçün ustad dərsi keçirilib.

Rekord.az-a verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən Xızı rayon Gənclər və İdman idarəsinin rəisi Kamran Quliyev sağlamlığın qorunması və möhkəmləndirilməsində, gənclərin fiziki inkişafında bədən tərbiyəsi və idmanın əhəmiyyəti və rolundan söz açaraq respublikamızda ölkə rəhbərliyi tərəfindən idmana göstərilən dövlət qayğısından danışıb.

Ustad dərsi sərbəst güləş idman növü üzrə məşqçi-müəllim, İdman ustası Rzayev Varis Əhməd oğlu tərəfindən keçirilib. 40 nəfərə yaxın şagirdin iştirak etdiyi ustad dərsində məktəblilərə peşakar güləşçi kimi yetişmək üçün faydalı məsləhətlər verilərək maraqlı sərbəst güləş fəndləri nümayiş etdirilib.