Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi millinin 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının yarımfinalında Fransaya məğlubiyyətindən sonra  fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, ürək sözlərini sosial şəbəkə hesabından paylaşıb: "Bütün gücümüzü bacarığımızı ortaya qoyduq. Təəssüf ki, Fransa məğlubiyyəti ilə xəyyalarımız da sona endi. Bununla belə, komandamızla fəxr edirəm. Çünki son saniyəyə qədər vuruşduq. Bundan sonra da ölkəmiz üçün ən yaxşısını etməyə çalışacağıq. Bizi dəstəkləyən bütün Mərakeş xalqına da öz minnətdarlığımı bildirirəm".