
Xavinin Messi və Laportadan xahişi
- 25 İyl 2022 23:00
- 432
"Barselona"nın baş məşqçisi Xavi Ernandes Lionel Messinin Kataloniya klubuna qayıtmasını istəyir.
Rekord.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 42 yaşlı mütəxəssis 35 yaşlı hücumçudan Paris təmsilçisi ilə müqaviləsi başa çatan kimi "Barselona"ya qayıtmasını xahiş edib. Baş məşqçi klubun prezidenti Joan Laportaya da keçidə köməklik göstərməsi üçün müraciət edib. Messinin PSJ ilə müqaviləsi 2023-cü ilə qədər qüvvədədir. Lakin sözləşmənin detallarında onun 2024-cü ilə qədər uzadılması variantını da var.
Xavinin fikrincə, Messinin qayıdışı "Barselona"nın həm maliyyə, həm də idman baxımından uğur qazanmasına kömək edəcək.
Xatırladaq ki, Messi ötən ilin yayında "Barselona"dan ayrılandan sonra PSJ ilə 2+1 illik müqavilə imzalamışdı. Xavi isə 2021-ci ilin sonlarından "Barselona"nı çalışdırır.