"Barselona"nın baş məşqçisi Xavi 2021/22 mövsümünün ikinci hissəsi üçün komandanın əsas hədəfini açıqlayıb. 

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis  La Liqanı ilk 4-lükdə bitirmək və növbəti mövsm Çempionlar Liqasında oynamaq niyyətində olduqlarını deyib: “İndi əsas məqsədimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Eyni zamanda, şanslar olduğu müddətcə heç nəyi istisna etmirik.

Bizdə olan heyətə və yeni transferlərə gəlincə, mən hələ də çox həyəcanlıyam".

Qeyd edək ki, "Barselona" La Liqada hazırda 4-cü pillədə qərarlaşıb.