
Xavi Buskestin əvəzinə bu futbolçunu istəyir
- 07 Yan 2023 17:43
- 395
"Real Sosedad"ın üzvü Martin Subimendi yayda komandasını dəyişə bilər.
Rekord.az xəbər verir ki, futbolçu ilə "Barselona" yaxından maraqlanır.
Məlumatı "Mundo Deportivo" yayıb. Kataloniya təmsilçisi 23 yaşlı yarmmüdafiəçini Serxio Busketsin əvəzinə düşünür. Subimendi Xavinin bəyəndiyi oyunçular sırasında yer alıb. Baş məşqçi futbolçunun transferi üçün rəhbərliklə danışıqlar aparıb.
San-Sebastyan klubu ispaniyalı ilə 2027-ci ilə qədər müqavilə imzalayıb. Onun sazişində "60 milyon avroya sərbəst qalacaq" razılaşması yer alıb.
Qeyd edək ki, Subimendi "Real Sosedad"ın heyətində bu mövsüm 15 oyunda meydana çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 1 qol vurub, 2 məhsuldar ötürmə edib.