Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev Üzgüçülük üzrə milli komandanın üzvləri və məşqçilər heyəti ilə görüşüb.

 

Rekord.az xəbər verir ki, tədbirdə bu yaxınlarda Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında üzgüçülərin çıxışı və əldə olunan nailiyyətlər müzakirə olunub.

 

Görüşdə çıxış edən X. Fətiyev qeyd edib ki, bu yarışda qazanılan bir qızıl, bir gümüş və bir bürünc medal onu göstərir ki, federasiyanın milli komandalar qarşısında qoyduğu məqsədlər uğrunda hamı çalışır:
“Bu Azərbaycan üzgüçülərini iştirak etdiyi sayca ikinci İslam Həmrəyliyi Oyunlarıdır. Bakıda keçirilən yarışda da komanda olaraq yaxşı nəticə göctərə bilmişdik. Lakin Konyadakı yarışlarda milli komanda təmamilə yerli, gənc idmançılarla təmsil olunmuşdu. Federasiyamızın da əsas məqsədi yerli idmançıların yetişdirilməsi, onların beynəlxalq yarışlara və turnirlərə, avropa və dünya çempionatlarına yüksək səviyyədə hazırlanmasıdır. Buna görə də idmançılarımıza, onların məşçilərinə bacardığımız qədər bütün məsələlərdə yardımçı olmağa çalışırıq” deyə X. Fətiyev əlavə edib.
Federasiya Prezidenti onu da vurğulayıb ki, bu gün su idman növlərinin inkişaf etdirilməsi üçün ölkəmizdə dövlət başçısı tərəfindən münbit şərait yaradılıb:
“Bu gün bütün beynəlxalq standartlara cavab verən Bakı Su İdman sarayı var ki, bu da həm peşəkar idmançılarımızın, həm də yenicə başlayan həvəskarlarımız üçün böyük imkanlar açır. Bundan başqa biz federasiya olaraq məşqçilər korpusunun daha da peşəkar olması üçün beynəlxalq təcrübəsi olan xarici mütəxəssisləri dəvət etmişik. Mart ayında beynəlxalq dərəcəli məşqçi İvan Petrov sıralarımıza qatıldı və federasiyanın idman direktoru təyin edildi. Bu gün isə daha bir üzgüçülük üzrə mütəxəssisi təqdim edirəm. Bu macarıstanlı məşqçi, bir zamanlar peşəkar üzgüçü olmuş Daniel Dudaşdır. O öz təcrübəsi, bilik və bacarığı ilə məşqçilər korpusuna yardımçı olmağa çalışacaq” deyə federasiya prezidenti vurğulayıb. 
Görülən işlər və gələcək planların müzakirələrindən sonra X.Fətiyev idmançıları narahat edən problemlər və çətinliklrlə maraqlandı. Bildirdi ki, zaman ötdükcə federasiya fəaliyyətini daha da təkminləşdirir və çalışılır ki, milli komadalar daim diqqət və qayğı ilə əhatə olunsunlar:
“Ölkə başçısı cənab İlham Əliyev və 1-ci vitse Prezident Mehriban xanım Əliyeva daim idmançıları dəstəkləyir və Azərbaycanda idmanın inkişafı üçün lazımi diqqət göstərirlər. Bu cür münasibət bütün federasiyaların rəhbərlikləri qarşısında qoyulub və bunun nəticəsidir ki, ölkəmiz böyük yarışlarda və turnurlərdə yüksək nəticələr göstərir, Azərbaycanın bayrağını yüksəkliklərə qaldırırlar. Biz bacardığımız qədər çalışırıq ki, idmançılarımızın üçün maksimum şərait yaradaq. Sizin borcunuz isə göstərilən etimadı doğrultmağa çalışmaqdır. Biz bir yerdə, bir vahid komanda olaraq daim yüksək yerlər və medallar uğrunda mübarizə aparmalıyıq” deyə Xanlar Fətiyev bildirib.
Sonda Üzgüçülük üzrə Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov, idmançılar göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Gənclər və İdman Naziri Fərid Qayıbova, Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyevə öz minnətdarlığını bildiriblər.