"Xankəndi"nin yeni baş məşqçisi məlum oldu - ÖZƏL!
- 15:45
- 91
II Liqanın iddialı komandalarından olan "Xankəndi"nin yeni baş məşqçisinin adı məlum olub.
Rekord.az-ın əldə etdiyi son məlumata görə, türkiyəli İbrahim Uzunca ilə yollarını ayıran Qarabağ təmsilçisi Zaur Hacıyevlə anlaşıb.
Məlumatın yaxın 1-2 gün ərzində rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Hacıyev daha əvvəl "Karvan"da Kənan Kərimovun köməkçisi olub. Ondan əvvəl isə "Qəbələ" Futbol Akademiyasında çalışıb