Ölkə kubokunun ilkin mərhələsində "Quba" ilə üz-üzə gələcək "Xankəndi"nin baş məşqçisi İbrahim Uzunca hədəflərini açıqlayıb.

Rekord.az-a açıqlama verən türkiyəli məşqçi həm II Liqada həm də kubokda maksimum nətic üçün oynayacaqlarını bildirib.


O, püşkü bu cür dəyərləndirib: "Öncə bütün iştirakçılara uğurlar arzulayıram. Kİmliyindən asılı olmayaraq, bütün rəqiblərə hörmətlə yanaşırıq və rəqibin kimliyindən asılı olmayaraq, öz dəsti-xəttimizi, oyun üslubumuzu ortaya qoyuruq. Hədəfimiz istər kubokda, istərsə də çempionatda ən yaxşı nəticəni qazanmaqdı. Necə ki, çempionatda çempionluq uğurunda mübarizə aparırıq, kubokda da gedə biləcəyimiz yerə qədər getməyə çalışacayıq. Matçdan matça baxacayıq. Öncə "Quba" səddini keçməyə çalışacayıq. Ondan sonra "Difai"ni düşünəcəyik. Komandamızın potensialı hər iki cəbhədə uğurlu çıxış etməyə imkan verir.  Əsas hədəfimiz ilk iki mərhələni keçib Premyer Liqa təmsilçisi ilə qarşılaşmaqdı".