2-ci Liqada çıxış edən "Xankəndi" futbol komandasının yeni baş məşqçisi bəlli olub.


Bu barədə Rekord.az-a klubdan məlumat verilib.


Bölgə təmsilçisi Zaur Hacıyevə tapşırılıb. O, bu postda İbrahim Uzuncanı əvəzləyib.


UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib.


Qeyd edək ki, Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.