"Xankəndi" və MOİK eyni stadionda oynayacaq?
- 11:00
- 41
Bir müddət bundan öncə MOİK-in yeni mövsümdən ev oyunlarını Xankəndidə keçirəcəyinə dair xəbərlər yayıldı.
Rekord.az xəbər verir ki, ötən gün də "Xankəndi"nin Xankəndidə oynamaq üçün Gənclər və İdman Nazirliyi ilə razılığa gəldiyi məlum oldu.
Belə olan halda hər iki komandanın eyni stadiondan istifadə edəcəyi qənaəti ortaya çıxır. Saytımızın əldə etdiyi məlumata görə, belə bir variant mümkündür. Lakin bunun üçün nazirlik son sözünü deməli, daha sonra isə hər iki komanda PFL-lə görüşüb məsələnin detallarını müzakirə etməlidir.