
"Xan Lənkəran" yenidən Lənkəran stadionuna qayıtdı
- 10 Fev 2022 12:00
- 807
“Xəzər Lənkəran”la “Xan Lənkaran” arasında yaranmış problem aradan qalxıb.
Rekord.az xəbər verir ki, Region Liqasında çıxış edən klub yenidən bu məkana qayıdıb.
Cənub zonasında mübarizə aparan komanda VII turda "Ümid" FK (Cəlilabad) ilə qarşılaşacaq.
Fevralın 13-də, saat 16:00-da keçiriləcək oyun “Xəzər Lənkəran” Mərkəzi Stadionunda təşkil olunacaq.
Problem onda idi ki, “Xəzər Lənkəran” rəhbərliyi stadiona aid avadanlıqları, həmçinin bazada olan digər qurğuları satışa çıxarıb və «Xan Lənkəran» tərəfindən istifadəsinə qadağa qoymuşdu.
Alqı-satqı əməliyyatı Mübariz Mənsimovun qardaşı, fəaliyyətini dayandırmış "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov nəzarətində idi.
Bu isə hər ay bir neçə min manat icarəhaqqı ödəyən yeni klubun idarəçilərinin haqlı narazılığına səbəb olmuşdu.
“Xan Lənkəran”ın idarəçiləri azarkeşləri düşünərək Lənkəran Olimpiya Kompleksindən bura qayıdıb. Çünki kompleks şəhərdən bir qədər aralıda yerləşir.
Üstəlik, burada tribunlarla meydança arasında məsafə böyükdür, futbolçulara istənilən kimi dəstək vermək olmur. Həm bu, həm də yolun uzunluğu tərəfdar sayına mənfi təsir edəcəkdi.
Mərkəzi stadion yerləşim baxımından daha əlverlişlidir. Şəhərin hər tərəfindən ora qısa vaxtda yetişmək mümkündür. ("Futbol plus")