
"Xan Lənkəran" AFFA-ya görə Lənkəran stadionundan imtina edib?
- 08 Fev 2022 17:00
- 790
Yarandığı gündən Lənkəran stadionunda məskunlaşan "Xan Lənkəran" məkanı dəyişir.
Rekord.az-a daxil olan məlumata görə, komanda qış fasiləsindən sonra ev oyunlarını Lənkəran Olimpiya Kompleksinin stadionunda keçirməyə qərar verib.
Komanda rəhbərliyinin niyə belə addım atmasının əsl səbəbi hələlik məlum deyil. Sızan məlumatlara görə, burada AFFA-nın da əli ola bilər. Bildiyiniz kimi, federasiya ilə "Xəzər Lənkəran" arasında münasibət yaxşı olmayıb. Hətta "Xəzər Lənkəran" dağılandan sonra da AFFA nəinki millinin oyunlarını Lənkəranda keçirməsində maraqlı olub, hətta uşaq liqalarının sözügedən stadionda oynanılmasına da qadağa qoyub. Əvəzində həmin oyunlar da Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda keçirilir. Hər halda, ümid edək ki, bu məsələdə AFFA-nın barmağı olmayacaq.