Xaçmaz rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xaçmaz UGİŞM-də rayon idmançıları üçün ustad dərsləri təşkil olunub. 

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd olimpiya idman növlərini təbliğ etmək, rayonda güləş ilə məşğul olan uşaq, yeniyetmə və gənclərin sayını artırmaq, gənclərin asudə vaxtlarını daha səmərəli, idmanla məşğul olaraq keçirmələrinə şərait yaratmaq, fiziki və mənəvi cəhətdən sağlam gəncliyin formalaşdırılmasından ibarət olub.

Ustad dərsləri Xaçmaz UGİŞM-nin sərbəst güləş idman növü üzrə məşqçi müəllimi, əməkdar məşqçi Ramil Məmmədov tərəfindən keçirilib, məşq zamanı idmançılar müxtəlif fəndləri yerinə yetirmiş və onlara lazım olan tövsiyələr verilib. Ustad dərslərinə Xaçmaz və Xudat şəhərləri ərazisində yaşayan sərbəst güləş idman növü ilə məşğul olan 50-yə yaxın yeniyetmə və gənc qatılıb.