İtaliyalı əfsanə Kristian Vyeri Messini ötən gecəki çıxışından sonra futbol dünyasının sehrbazına bənzədib.

Rekord.az xəbər verir ki, Lionel Messi "Yuventus" - "Barselona" matçında Usman Dembeleyə məhsuldar ötürmə və penaltidən qol sayəsində yaddaşlarda qalıb.

Bu performansından sonra italiyalı sabiq forvard Messini futbolun "Harri Potter"i deyə adlandırıb.

"Möhtəşəm "Barselona", belə oyun hələ görülməyib. Onlar 6-7 qolu asanlıqla vura bilərdilər. Messi isə əsl sehrbazdır, o futbolun "Harri Potter"idir".

Vyeri 1996-97-ci illərdə "Yuventus"un formasını geyinib.