
Vüsal oynadı, komandası heç-heçə etdi
- 12 Fev 2022 19:20
- 443
Türkiyə 1-ci Liqasında 23-cü turunun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" səfərdə "Boluspor"un qonağı olub.
Matç 0:0 hesablı bərabərliklə başa çatıb.
Vüsal İsgəndərli qarşılaşmaya start heyətdə başlayıb və 42-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 23 turdan sonra 28 xal toplayan "Keçiörengücü" turnir cədvəlinin 12-cidir.