Vüqar Həsənli üçün mövsüm bitdi. AFFA Hakimlər Komitəsi qalmaqalçı referiyə təyinat verməmək qərarına gəlib.

Rekord.az xəbər verir ki, əslində, bunu komitənin yox, AFFA rəhbərliyinin qərarı saymalıyıq.

“Sabah” – “Neftçi matçında çıxan olayların əsas günahkarı üst səviyyədə məmur qarşıdurmasına, şikayətlərə səbəb olub. Ona görə də Hakimlər Komitəsinə Həsənlinin cəzalandırılması haqda göstəriş gəlib.

Düzdü, rəsmi qərar açıqlanmır. Komitə ənənəsinə sadiq qalaraq, cəzaları gizləməyi lazım bilir. Amma əldə etdiyimiz bilgiyə görə, qurumun dünənki iclasında Vüqarın ən azı mövsümün sonunadək təyinat almayacağı elan edilib. Referinin qarşıdakı mövsümlərdə Premyer Liqada oyun almaması, ümumiyyətlə, bu sahədən birdəfəlik uzaqlaşdırılması da gündəmdədi. (futbolinfo.az)