
Vidadi Rzayev “Göygöl”ün baş məşqçisi ola bilər
- 09 İyn 2023 15:06
- 1176
Bu mövsüm Region Liqasında Şimal-Qərb regionu üzrə yarışlara qatılan “Göygöl” gələn ildən II Divizionda çıxış etmək istəyir. “Rekord.az” xəbər verir ki, yarışda iddialı olmaq niyyəti güdən klub indidən gələn ilin planlarını qurur.
Göygöl təmsilçisi Qərb regionunda daha bir güclü komanda yaratmaq, möhkəm dayaqları olan, strateji plan üzrə hərəkət etmək, bu prosesi təcrübəli mütəxəssisə etibar etmək istəyir. Məqsəd 3 il ərzində Premyer-Liqaya yüksəlməkdir.
Saytımızın əldə etdiyi məlumata görə, bu posta əsas namizəd Azərbaycan futbolunun əfsanəsi, sabiq yarımmüdafiəçi, hazırda “Kəpəz”də məşqçi kimi çalışan Vidadi Rzayevdi. Onun Göygöldən olması, buraları yaxşı tanıması, eyni zamanda nüfuzu və bacarığı olmasını nəzərə alan klub rəhbərliyi yaxın zamanlarda ona təklif göndərməyi, detalları müzakirə etməyi planlaşdırır.