
Veynaldum PSJ-yə lazım olmadı
- 06 Fev 2022 15:30
- 481
PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Rekord.az xəbər verir ki, heyətdə niderlandlı yarımmüdafiəçi Corcinyo Veynalduma yer verilməyib.
Fransa klubu mövsümün əvvəlində “Liverpul”dan heyətinə qatdığı 31 yaşlı futbolçunu “Real”la oyunlar üçün UEFA-ya sifariş etməyib.
Veynaldum bu mövsüm PSJ ilə 25 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
PSJ ilə “Real” arasındakı ilk matç fevralın 16-da, Fransada olacaq. Cavab matçı isə bir həftə sonra Madriddə keçiriləcək.