“Araz-Naxçıvan”ın ukraynalı yeni baş məşqçisi Andrey Demçenko “Neftçi”nin çalışdırıcısı olan həmyerlisi Yuri Vernidubla dueli haqda danışıb.


Rekord.az xəbər verir ki, “sport.ua” portalına açıqlama verən Demçenko “Neftçi”yə qarşı görüşü səbirsizliklə gözlədiyini bildirib:


“General olmağı arzulamayan əsgər, pis əsgərdir. Yuri Nikolayeviç peşəkarlığını ən yüksək səviyyəyə qaldırıb. Demək kifayətdir ki, o, Çempionlar Liqasında “Real”ı Madriddə  məğlub edib. Təcrübəli məşqçi və onun komandası ilə rəqabət aparmaq həmişə maraqlıdır. Görüşümüzü səbirsizliklə gözləyirəm”.


Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Araz-Naxçıvan” “Neftçi” ilə qarşılaşacaq. Oyun fevralın 1-də, “Liv Bona Dea Arena”da keçiriləcək.