Şamaxı şəhər stadionunda “İdman hamı üçün” layihəsi çərçivəsində futbol üzrə ustad dərsi keçirildi.

Rekord.az xəbər verir ki, idman ustası Vəli Qasımovun rəhbərliyi ilə baş tutan dərsdə yeniyetmə futbolçular futbolun texniki və taktiki incəliklərini öyrənərək bacarıqlarını təkmilləşdirdilər.

Tədbirin əsas məqsədi yeniyetmələr arasında futbola olan marağı artırmaq, onları sağlam həyat tərzinə və idmana yönləndirməkdən ibarət idi.  Gənc futbolçular üçün həm öyrədici, həm də ruhlandırıcı olan bu ustad dərsi futbol sevgisinin və komanda ruhunun aşılanmasında mühüm rol oynadı.