Xəbər verdiyimiz kimi, "Sumqayıt"ın üzvü ilqar Qurbanov qışda karyerasını bitirə bilər. Əgər klub tapa bilməsə.

Rekord.az xəbər verir ki, "Sumqayıt"da oynamaq şansı qazanmayan sabiq milli üzvü burada qalmağı mənasız sayır.

Normal klub tapmasa, qışda karyerasını bitirib məşqçiliyə başlayacaq. Əəldə etdiyimiz məlumata görə, bu işdə ona dayısı oğlu Vaqif Cavadov kömək edəcək. Belə ki, Vaqif İlqara özünün yeni yaratdığı futbol akademiyasında işləməyi təklif edib. Əgər İlqar futbolla vidalaşsa, böyük ehtimalla məşqçi kimi ilk addımlarını elə Cavadovun məktəbində atacaq.