
Vadji "Qarabağ"a qayıdır?
- 08 Yan 2023 17:00
- 575
"Qarabağ"dan ötən yay klubdan “Sent-Etyen”ə (Fransa) transfer olunan İbrahima Vadjinin icarə əsasında Ağdam təmsilçisinə qayıdacağı barədə iddialara münasibət bildirilib.
Rekord.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə qol.az-a açıqlamasında deyib ki, bu xəbərlər həqiqəti əks etdirmir:
“Belə bir məsələ gündəmdə deyil. Vadjinin “Qarabağ”a qayıtması müzakirə olunmur”.
Qeyd edək ki, 27 yaşlı hücumçu 2021-2022-ci illərdə “Qarabağ”da oynayıb. O, ötən yay 1 milyon 600 min avroya “Sent-Etyen”ə keçib. Forvardın icarə əsasında “Qarabağ”a transfer olunacağı barədə məlumatlar yayılıb.